Neymarın əməliyyatı uğurlu keçib
“Əl-Hilal”ın hücumçusu Neymar dizindən uğurla əməliyyat olunub.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Hər şey yaxşı keçdi, dəstəyinizə görə təşəkkür edirəm. İndi bütün diqqətimi sağalmağa yönəldəcəm”.
31 yaşlı futbolçuya çarpaz bağın yırtılması və meniskin cırılması diaqnozu qoyulub.
Neymar bu yay PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. O, komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin