
Neymarı əsəbiləşdirən sual
Neymar Jorje Jesusun Braziliya millisinə mümkün gəlişi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Bundan əvvəl məlum olmuşdu ki, “Əl-Hilal”ın baş məşqçisi Dorival Juniorun istefasından sonra Braziliya millisinin “sükanı arxasına” keçməyə əsas namizədə çevrilib. Neymarla münaqişəsi olan Jesusun mövsümün sonunda vəzifəsini icra etməyə hazır olduğu bildirilir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, milli komandaya Jesusun baş məşqçi təyin olunma ehtimalı barədə nə hiss etdiyini soruşduqda, Neymar əsəbiləşib və cavab verməməyi seçib:
“Mənim bununla heç bir əlaqəm yoxdur. Mən oyunçuyam, məni bu işə sürükləməyin”.
Braziliyalı hücumçu, Jesusun “Əl-Hilal”da ona güvənmədiyini deməsindən sonra yanvarda “Santos”a qayıdıb və daha sonra baş məşqçinin sözləri ilə ziddiyyət təşkil edən bir neçə sərt açıqlama verib.
Bizi Facebook-da izləyin