Neymar azarkeşlərə qarşı çıxdı, rəqib futbolçunu müdafiə etdi

Neymar komandası olan “Santos”un azarkeşlərinin rəqib futbolçu Daniloya qarşı sərgilədiyi aqressiv münasibətə etiraz edib.

Dünən keçirilən Braziliya çempionatının 14-cü tur matçında “Santos” evdə “Flamenqo”nu 1:0 hesabı ilə məğlub edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun gedişində meydan sahiblərinin bəzi azarkeşləri Daniloya qarşı fit səsləri və təhqiramiz ifadələrlə çıxış ediblər.

Buna səbəb isə Danilonun “Santos”a qayıtmaq əvəzinə “Flamenqo”ya keçmək qərarı olub. Tərəfdarlar onu “muzdlu əsgər” adlandırıblar.

Bu epizodların birində Danilo ilə birlikdə kənar xəttə yaxın olan Neymar fanatlara səslənərək onu müdafiə edib. “Santos”un hücumçusu qəzəbli şəkildə belə deyib:

“Ey, ey, lənətə gəlsin, yox! Hörmət edin, bəsdir artıq!”

Neymar və Danilo 2011-ci ildə “Santos”un heyətində Libertadores kubokunu qazanmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button