Neymardan Mbappe ilə bağlı həmyerlilərinə xəbərdarlıq

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar “Real”ın braziliyalıları ilə fransalı hücumçu Kilian Mbappenin birgə oyununu müzakirə edib.

Komanda.az “Football News”-a istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Real”dakı həmyerlilərinə Mbappe haqqında məlumat göndərib və orada onunla birlikdə oynamağın cəhənnəm olduğunu vurğulayıb.

Neymar və Mbappe 2017-2023-cü illərdə PSJ-də birgə çıxış edib. “Real”ın braziliyalı oyunçuları Kilian ilə dostdurlar. Neymarla Mbappe arasında isə həmişə münaqişə olub.

Braziliyalı forvard hazırda Səudiyyə Ərəbistanında, fransalı hücumçu isə “Real”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button