Neymardan meymuna bənzədilən futbolçuya dəstək
PSJ-nin hücumçusu Neymar “Real”ın futbolçusu Vinisius Juniora dəstək verib.
Komanda.az xəbər verir ki, İspaniya İdman Agentlikləri Assosiasiyasının prezidenti Pedro Bravo “El Chiringuito” telekanalında Vinisiusu təhqir edib. O, braziliyalının vurduğu qolları qeyd etmə tərzini bəyənməyib.
“Samba rəqsi etmək istəyirsizsə, o zaman rəqs meydançasına gedin. Burada həmkarlarınıza hörmət etməli və meymun kimi davranmaqdan əl çəkməlisiz”, – deyə, Bravo bildirib.
Neymar isə Vinisiusu sakit və təmkinli qalmağa çağırıb.
“Qaç, rəqs et, gəz, özün ol, oğlum. Növbəti qoldan sonra birlikdə rəqs edəcəyik”, – Neymar sosial şəbəkədə Vinisiusun şəklini yerləşdirərək, belə yazıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin