
Neymara vaxt lazımdır
“Əl-Hilal”ın hücumçusu Neymar dizinin çarpaz bağlarından aldığı zədəni sağaltmaq üçün klub xəstəxanasında müalicə almaqda davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu hələ lazımi tibbi müayinələrdən keçə bilməyib. Oyunçuya ciddi zədədən tam sağalmaq üçün daha çox vaxt lazımdır.
Neymar 2024-cü ilin yayından “Əl-Hilal”da çıxış edir. O, son mövsümdə Səudiyyə Ərəbistanı klubunun heyətində cəmi beş oyun keçirə bilib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin