
Neymar zədələndi, erkən əvəzləndi
Futbol üzrə Braziliya yığma komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, sözügedən kollektiv Nigeriya millisi ilə üz-üzə gəlib.
1:1 hesabıyla başa çatan qarşılaşma Braziliya yığmasının hücumçusu Neymar üçün uğursuz bitib. Belə ki, matçın əvvəlindəcə zədələnən futbolçu 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Fransa çempionu PSJ-nin şərəfini qoruyan hücumçunun vəziyyətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin