Neymar zədələndi və ağladı
Braziliya millisinin hücumçusu Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvay yığması ilə matçın ilk yarısını başa vura bilməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunu meydandan çıxarmaq üçün xərəyə ehtiyac olub. Onu əlavə vaxtın 2-ci dəqiqəsində Riçarlison əvəzləyib. Neymar göz yaşlarını saxlaya bilməyib.
Oyun Uruqvay millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin