Neymar yenidən zədələnib

“Santos”un futbolçusu Neymar yenə də zədələnib.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, braziliyalı hücumçu ölkə çempionatının 4-cü turunun “Atletiko Mineyro”ya qarşı keçirilmiş oyunda sıradan çıxıb.

Neymarın nə vaxt məşqlərə başlayacağı hələ dəqiq deyil. O, martda Braziliya millisinin təlim-məşq toplanışına da zədə səbəbindən qatıla bilməmişdi.

33 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 11 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button