Neymar vətənə qayıdır

“Əl-Hilal”ın hücumçusu Neymar komandasını dəyişməyə yaxındır.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçunun zədəsi səbəbindən onunla əməkdaşlığı dayandırmaq niyyətindədir. Ərəblər yanvarda müqaviləni ləğv edə bilərlər.

Tərəflər əməkdaşlığın dayandırılması şərtləri ilə bağlı danışıqlar aparır. Neymarın “Santos”a keçməyə icazə verdiyi də məlumdur. 32 yaşlı forvard 2025-ci ilin əvvəlində Braziliya klubuna qayıtmağa hazırdır.

O, oktyabr ayında çarpaz bağlarından aldığı zədədən sonra meydana çıxsa da, yenidən zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button