Neymar vergidən yayınıb – 34,6 milyon avroluq fırıldaq

Futbol üzrə Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar vergidən yayınmaqda ittiham olunur.

Komanda.az xəbər verir ki, o, İspaniya “Barselona”sında oynadığı 2013-2017-ci illər aralığında vergiləri tam ödəməyib.

İspaniya vergilər xidməti 2019-cu ilin sonuna qədər olan dövr üçün hesabat hazırlayıb. Burada ən azı 1 milyon avro vergi ödəməyənlər yer alıb.

Ən çox borc sahiblərindən biri Neymardır. Braziliyalı vergilərə 34,6 milyon avro borcludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button