Neymar üçün ən yaxşı seçim: “Mançester Siti” – Rivaldoya görə

Keçmiş futbolçu Rivaldo 2023-cü ilin yayında Neymarın PSJ-ni tərk edəcəyinə inanır.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçu üçün “Mançester Siti”ni ən yaxşı seçim adlandırıb:

“Düşünürəm ki, Neymar hələ də çıxış etmədiyi İngiltərə Premyer Liqasına gedəcək. O, həmin liqada “Mançester Siti”nin şərəfini qoruya bilər. Məncə, bu, onun üçün ən yaxşı seçim olar. Neymar sürətli hücum futbolu oynayır”.

30 yaşlı futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. Hücumçu paytaxt klubunda 165 oyuna çıxıb, 115 qol vurub və 73 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button