
“Yamal mənə özümü xatırladır” – “Real”ın sabiq futbolçusu
Kolumbiyalı futbolçu Xames Rodriges hesab edir ki, Neymar üç dəfə “qızıl top” mükafatını qazana bilərmiş.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçmiş komandası “Real”ın oyunlarına çox baxmadığını da bildirib:
“Real”ı necə dəyərləndirərdim? Mən onların oyunlarına çox baxmıram. Keçən il UEFA Çempionlar Liqasını qazandılar və Klian Mbappenin gəlişi ilə daha yaxşı olacaqlarını düşünürəm.
Məncə, “Barselona” da yaxşı gedir. Lamin Yamal mənə özümü xatırladır. Bəli, o, yüksək səviyyəli oyunçu olacaq. O, Neymar kimi bəzi keyfiyyətlərə sahibdir. Fikrimcə, Lionel Messi və Kriştiano Ronaldo olmasaydı, Neymar üç dəfə “qızıl top”u qazanacaqdı, amma o, bu “heyvanlar”la yarışmalı idi”.
Rodriges 2014-2020-ci illər aralığında “Real”da çıxış edib. 33 yaşlı futbolçu hazırda Meksikanın “Leon” klubunun rənglərini təmsil edir.
Bizi Facebook-da izləyin



