“Neymar texniki cəhətdən Messi və Ronaldodan daha yaxşıdır” – Kafu
Braziliya millisinin sabiq müdafiəçisi Kafu hesab edir ki, Neymar texnika baxımından Lionel Messi və Kriştiano Ronaldodan güclüdür.
Komanda.az “TNT Sports Brasil”-ə istinadən xəbər verir ki, 53 yaşlı keçmiş futbolçu, Neymarın son 20 ilin ən yaxşı oyunçularından biri olduğunu deyib:
“Neymar fenomendir. O, son 20 ildə gördüyüm ən yaxşı oyunçulardan biridir. Neymar texniki cəhətdən Messidən, Kriştiano Ronaldo, De Bruyne və bütün digər oyunçulardan yaxşıdır.
Neymar hər zaman Braziliya millisində ümid bəslədiyimiz oyunçudur. Braziliya millisi onunla başqa komandadır, onsuz isə tamam başqadır. O, həqiqətən, bir fərq yaradır “.
Kafu Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionatının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin