
“Neymar “Santos”a sponsorlar tapmaqda kömək etmək üçün gəlib”
“Santos”un hücumçusu Neymarın atası Neymar da Silva oğlunun Braziliya klubundakı gələcəyi ilə bağlı danışıb.
Komanda.az “TNT Brasil”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun atası yeni müqaviləyə baxmağa hazır olduqlarını deyib:
“Bizim layihəmiz altı aydan çox müddətə nəzərdə tutulub. Yeni müqaviləyə baxmağa hazırıq. Neymar buraya təkcə yarışmaq üçün deyil, həm də, “Santos”un özünü bərpa edə bilməsi üçün kluba yeni sponsorlar tapmaqda kömək etmək üçün gəlib”.
33 yaşlı hücumçunun əvvəlki komandası Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olub. O, Avropada “Barselona” və PSJ-dəki çıxışı ilə tanınır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin