Neymar Braziliyaya qayıdacaq
“Əl-Hilal”ın hücumçusu Neymar 2025-ci ildə Braziliyaya qayıda bilər.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün gələcəkdə doğma klubu olan “Santos”a qayıtmaq istəyir. Məhz bu səbəbdən, Neymar ərəblərlə dörd illik deyil, bir illik müqavilə imzalayıb.
Hücumçunun qayıtması ilə bağlı artıq Braziliya klubu ilə əlaqə saxladığı da bildirilir.
Neymar “Santos”un yetirməsidir. O, 2003-2013-cü illərdə bu klubun heyətində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin