“Şadam ki, məni evimdə belə qarşıladılar” – Neymar

“Əl-Hilal”ın hücumçusu Neymar “Santos”la “Palmeyras” arasında keçirilən Paulista finalının ilk oyununda (1:0) iştirak edib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, keçmiş klubu üçün darıxdığını deyib:

“Mən çox təsirləndim və şadam ki, məni evimdə belə qarşıladılar. Bu, həqiqətən yaxşıdır. Burada oynamaq və bu atmosferi hiss etmək üçün darıxıram”.

Daha əvvəl Neymarın 2025-ci ildə “Santos”a qayıda biləcəyi bildirilib.

32 yaşlı futbolçu bu mövsüm 5 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button