
Neymar Braziliyada qalacaq
Braziliyanın “Santos” klubu hücumçusu Neymarla müqavilə müddətini uzatmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq müqavilənin yekun detalları barədə razılığa gəliblər.
33 yaşlı futbolçu 2025-ci ilin əvvəlində cari mövsümün sonuna qədər olan müqavilə imzalayaraq, doğma klubu “Santos”a qayıdıb. O, bu mövsüm bütün yarışlarda 11 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin