Neymar qayıdacağı vaxtı açıqladı
PSJ-nin braziliyalı futbolçusu Neymar zədəsi ilə bağlı açıqlama verib.
Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu yaşıl meydanlara dönəcəyi vaxtı açıqlayıb:
“Sağalma prosesi sürətli gedir. Müalicələrdən razıyıq. Yenidən meydana çıxmaq üçün səbirsizlənirəm. Zədəmin 8-10 həftə davam edəcəyi güman edilir”.
PSJ-nin “Strasburq”la oyununda zədələnən Neymar, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”lə matçda iştirak etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin