
“Neymar qayıtdı”
Dizindəki zədə səbəbindən ötən mövsümün böyük hissəsini buraxan braziliyalı hücumçu Neymar yaşıl meydana qayıtmağa yaxındır.
Komanda.az “Əl-Hilal”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu sosial şəbəkədəki paylaşımında “Neymar qayıtdı” yazıb.
32 yaşlı forvard keçən ilin oktyabrından çarpaz bağlarının qopması səbəbindən müalicə alırdı.
Neymar 2023-cü ilin yayında “Əl-Hilal”ın sıralarına qoşulub. O, bu komandayla 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin