Neymar qayıtdı

Bir müddət əvvəl Braziliya millisinin məşqində zədələnən Neymar sağalıb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu artıq komandayla birgə məşqlərə başlayıb. Mayın 29-da zədələnən Neymar millinin bir məşqini buraxmışdı.

Braziliya millisi iyunun 6-da Qətər, 9-da isə Hondurasla yoxlama oyunu keçirəcək. Titenin rəhbərlik etdiyi komanda 14 iyun – 7 iyul tarixlərində keçiriləcək Amerika kuboku turnirinə qatılacaq. Braziliya turnirdə B qrupunda Boliviya, Venesuela və Peru ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button