Neymar – PSJ tarixinin 4-cüsü
PSJ Fransa çempionatının 7-ci turunda “Brest”i 1:0 hesabıyla məğlub edib.
Komada.az xəbər verir ki, bu oyunda komandasının yeganə qolunu vuran Neymar Paris klubunun heyətində 110-cu dəfə fərqlənib.
Bununla da o, PSJ-nin bombardirləri siyahısında 4-cü sıraya yüksəlib. Braziliyalı hücumçu 109 qolu olan Pedro Pauletanı geridə qoyub.
Hazırda PSJ tarixində Neymardan daha çox qol vuran 3 futbolçu var:
Zlatan İbrahimoviç – 156 qol
Kilian Mbappe – 180 qol
Edinson Kavani – 200 qol
Neymar bu mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 8 matçda 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
“Brest”ə vurulan yeganə qolun məhsuldar ötürməsini verən Lionel Messi də yeni rekorda imza atıb. Bu mövsüm 7-ci dəfə qol ötürməsi ilə diqqət mərkəzinə düşən argentinalı hücumçu, bir təqvim ilindəki məhsuldar ötürmələrinin sayını da 17-yə çatdırdı. Amma ilin sonunadək onun bu rekordunu da yeniləməsi istisna deyil. İndiyə qədər Messi bir təqvim ilində ən yaxşı halda 16 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Messinin məhsuldar ötürmə rekordu
2022 – 17 məhsuldar ötürmə
2020 – 16 məhsuldar ötürmə
2018 – 16 məhsuldar ötürmə
2011 – 16 məhsuldar ötürmə
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin