Neymarın PSJ-dəki gələcəyi məlum oldu
Uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən PSJ-nin futbolçusu Neymarın gələcəyinə aydınlıq gəlib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu Paris klubundan ayrılmayacaq. Futbolçu yaxın çevrəsinə Kataloniya klubu ilə danışıqların dayandığını və ən azı qış fasiləsinə qədər PSJ-də qalacağını bildirib.
2017-ci ildə 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə transfer olunan hücumçu, Fransada xoşbəxt olmadığını və yenidən Kataloniya klubuna qayıtmaq istədiyini bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin