Neymar özünə klub seçib
“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar komanda yoldaşlarına karyerasını “İnter Mayami”də davam etdirəcəyini bildirib.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb.
Neymarın “Barselona”dan bir neçə keçmiş komanda yoldaşı hazırda Amerika komandasında çıxış edir. Florida klubunun rənglərini hücumçular Lionel Messi və Luis Suares, yarımmüdafiəçi Serxio Buskets və müdafiəçi Jordi Alba qoruyur.
32 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin