
Neymar onu tənqid edənlərin cavabını verdi
Braziliyalı futbolçu Neymar şəxsi həyatı və əyləncə tərzi ilə bağlı səslənən tənqidlərə cavab verib.
Komanda.az “Flow Podcast”-a istinadən xəbər verir ki, o, insanlar tərəfindən yanlış qiymətləndirildiyini bildirib:
“İnsanların mənim haqqımda formalaşdırdığı obraz var. Guya mən daim əyləncədəyəm, hər gün ziyafətlərdə və karnavallardayam. Amma bu belə deyil. Mən yalnız boş vaxtımda, istirahət günlərində və məzuniyyət dövründə əylənmişəm”.
O əlavə edib ki, 15 il ərzində ən yüksək səviyyədə futbol oynamaq, böyük klublarda və Braziliya millisində çıxış etmək ciddi fədakarlıq tələb edir:
“Bunun üçün çox şeydən imtina etmişəm. Nəyə görə belə danışıram, yaxşı bilirəm. Etdiklərim asan başa gəlməyib, buna görə də özümlə fəxr edirəm”.
“Barselona”nın və PSJ-nin sabiq hücumçusu bu ilin yanvarında Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq, karyerasına başladığı “Santos”a qayıdıb. 33 yaşlı futbolçu zədələr səbəbindən bir çox matçı buraxsa da, 12 oyunda forma geyinib.
Bizi Facebook-da izləyin