Neymar narazıdır

“Santos”un hücumçusu Neymar Braziliya çempionatında “Korintians”la oyundan (1:2) sonra topların keyfiyyətindən narazılığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun fikrincə, topları təkmilləşdirmək lazımdır:

“Flamenqo”nun çalışdırıcısı artıq bu haqda danışıb və mən onun fikrini dəstəkləyirəm. Bu pis topdur. Onu təkmilləşdirmək lazımdır”.

Neymar bu qış azad agent kimi Braziliya klubuna keçib. 33 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər olan müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button