“Neymarla eyni komandada olmaq mənim üçün böyük şərəfdir”
“Əl-Hilal”ın forvardı Malkom komandanın vingeri Neymarla birgə oynamasından danışıb.
Komanda.az xarici KİV-ə sitinadən xəbər verir ki, braziliyalı futbolçu, həmyerlisini “böyük insan” adlandırıb:
“İndi Neymarla daha da yaxınlaşdıq. O, böyük insandır, görkəmli şəxsiyyətdir. Neymar mənə çox kömək edir. Onu yaxından izləmək və onunla eyni komandada olmaq mənim üçün böyük şərəfdir”.
Malkom Rusiya “Zenit”indən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. O, klubda bütün yarışlarda 14 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin