Neymar MY ilə oyunda olacaq?

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın hücumçusu Neymarın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçunun UEFA Çempionlar Liqasının oyunlarına hazır olacağını bildirib:

“Neymarın hansısa problemi yoxdur. Onunla danışdıq və istirahət verməyə qərar verdik. O, sabahdan məşqlərə başlayacaq və Çempionlar Liqasında “Mançester Yunayted”lə oyunda meydana çıxacaq”.

PSJ – “Mançester Yunayted” oyunu oktyabrın 20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button