
Neymar federasiya prezidentini hədələyib
“Əl-Hilal” klubunun hücumçusu Neymarla Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqes arasında qalmaqal yaşanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Rodriqeslə mübahisə edib və onu təhqir edib. O, həmçinin Braziliya millisinin oyunlarını boykot edəcəyi ilə hədələyib.
Buna səbəb DÇ-2026-nın seçmə mərhələsində Venesuela ilə keçirilən oyundan sonra yaranmış gərginlik olub. Futbolçu azarkeşlərin və rəhbərliyin münasibətindən narazı qalıb.
Oktyabrın 13-də Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Venesuela yığması ilə heç-heçə edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin