Neymar Braziliya millisindən niyə ayrılmayıb?
Braziliya millisinin hücumçusu Neymar DÇ-2022-də uğursuzluğa düçar olduqdan sonra yığma komandadan niyə ayrılmadığı haqda danışıb.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu millidən ayrılmama səbəblərini dilə gətirib:
“Ailənin və dostların (milli komandadan ayrılmamaq üçün) böyük təzyiqi ilə siz etdiyiniz hər şeyi qiymətləndirməyə başlayırsız. Yaxın ətrafınızdakı insanlar sizi öz yerinizə qoyurlar və başa salırlar ki, Braziliya millisinin formasını geyinərək xoşbəxt olmağa davam etməyə dəyər”.
Braziliyalılar DÇ-2022-də 1/4 finalda Xorvatiyaya penaltilər seriyasında məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin