Neymar milli karyerasını davam etdirəcək?
PSJ-nin hücumçusu Neymar Braziliya millisindəki karyerasını davam etdirəcək.
Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu millidəki karyerasını bitirmək qərarına gəlsə də, komanda yoldaşları onu fikrindən daşındıra biliblər.
Neymarın DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlubiyyətdən sonra “sambaçılar”ın şərəfini qorumaqdan imtina edəcəyi ilə bağlı məlumat yayılmışdı. İddiaya görə, o, milli komanda ilə birdəfəlik vidalaşmaq niyyətində olmasa da, bir müddət yığmadan kənarda qalmaq istəyirdi.
Lakin Vinisius Junior, Rodriqo, Riçarlison, Rafinya, Lukas Paketa və Antoninin təkidindən sonra Neymar Braziliya millisində qalmağa razı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin