Neymarla Messi komanda yoldaşı ola bilər

“Santos”un hücumçusu Neymar klubunu dəyişə bilər.

Komanda.az “Daily Mail“-ə istinadən xəbər verir ki, “İnter Mayami” braziliyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır. Forvardın agentləri transferlə bağlı danışıqlara hazırdır.

33 yaşlı futbolçu 2025/2026 mövsümündə 21 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Braziliya klubu ilə hazırkı müqaviləsi dekabrın sonunda başa çatacaq.

“İnter Mayami”də Neymarın “Barselona”da birlikdə oynadığı Lionel Messi də forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button