Neymar məşqlərə başlayıb

“Əl-Hilal”ın hücumçusu Neymar məşqlərə başlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu kollektivdən ayrı, idman zalında hazırlıq keçib. O, hələ bir müddət fərdi məşqlərlə kifayətlənəcək.

Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb. Ulduz futbolçu bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button