Neymar məşqə şəxsi helikopterlə gəlir, çünki…

“Santos”un yeni hücumçusu Neymar Rio-de-Janeyro ştatının Manqaratiba şəhərindəki evdən klubun məşq meydançasına yollanır.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu “Santos”un bazasına məşq üçün şəxsi helikopteri ilə uçur, çünki o, hələ də klubun təmsil etdiyi şəhərdə daşınmaz əmlak almayıb.

32 yaşlı oyunçu Santos Morro de Santa Terezinhanın prestijli ərazisində yeni malikanə almağa hazırlaşır.

Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılaraq “Santos”a qayıdıb. O, 2009-2013-cü illərdə “Santos”un əsas komandasında çıxış edib. Bu müddət ərzində bütün turnirlərdə 225 matçda iştirak edən forvad 136 qol vurub və 64 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button