Neymar: “Korintians”a keçməkdən söhbət belə, gedə bilməz”
“Əl-Hilal”ın hücumçusu Neymar Braziliya “Korintians”ına keçmə ehtimalını şərh edib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu “Korintians”a hörmətinin olduğunu bildirib:
“Korintians”a hörmətim var, amma “Santos”a daha çoxdur. Bu, mənim sevimli komandamdır. Ona görə də, “Korintians”a keçməkdən söhbət belə, gedə bilməz”.
Neymar çarpaz bağları zədələndiyi üçün təxminən bir il forma geyinə bilməyib. O, cari mövsümdə “Əl-Hilal”ın 2 matçında iştirak edib. Tərəflər arasındakı hazırkı müqavilə 2024/25 mövsümünün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin