“Neymar komandanın lideridir” – Tite

Braziliya yığmasının baş məşqçisi Tite DÇ-2022-nin 1/8 finalının Cənubi Koreya ilə matçını (4:1) dəyərləndirib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Neymarın milliyə qayıtmasından da danışıb:

“Neymar komandanın lideridir. Digər futbolçular onu həmişə meydanda axtarır. Oyunçularımızın hər birinin heyrətamiz bacarıqları var. Neymar hər kəsin oyun üslubunu daha da gücləndirir”.

Pley-off mərhələsində Braziliya yığması Cənubi Koreyanı məğlub edərək (4:1), 1/4 finala vəsiqə qazanıb. Onların bu mərhələdə rəqibi Xorvatiya millisi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button