Neymar Braziliya klubunda ilk matçına çıxdı
Neymar Braziliyaya qayıtdıqdan sonra ilk matçına çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda 33 yaşını qeyd edən oyunçu “Santos” – “Botafoqo San Paulo” matçının ikinci yarısının əvvəlində əvəzetmədən meydana çıxıb.
Neymar həmişəki kimi, nəzərə çarpıb. Belə ki, o, bir hissədə beş qayda pozuntusu (hamıdan çox) və üç uğurlu driblinq etməyi bacarıb, həmçinin 7 dəfə qapıya zərbə endirib. Cəmi bir dəfə “çərçivə”yə düşməyi bacaran hücumçu qol vura bilməyib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Neymar yanvarın sonunda “Santos”a qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin