Neymar 40 milyon avrodan imtina edib

Neymar “Əl-Hilal”la müqaviləsini vaxtından əvvəl ləğv edərək, böyük pullardan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə müqaviləyə əsasən haqqı olan 40 milyon avrodan imtina edib.

Braziliyalı forvard “Əl-Hilal”da uğursuz karyera keçirdi. Ona çarpaz bağ zədəsi mane oldu. O, zədə səbəbindən il yarım ərzində cəmi 7 matçda iştirak edib və 1 qol vura bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button