Neymar da MLS-ə gedə bilər
Avropada “Barselona” və PSJ-dəki çıxışı ilə tanınan hücumçu Neymar karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az “O Dia”-ya istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə “İnter Mayami” maraqlanır. Burada o, “Barselona”dakı keçmiş komanda yoldaşları ilə yenidən birləşə bilər.
Floridanı təmsil edən komandanın rənglərini Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba qoruyur.
“İnter Mayami” Neymarı gələn yay, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsi başa çatdıqdan sonra transfer bilər. MLS klubuna keçid üçün o, maaşında endirim etməli olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin