Neymar İbrahimoviçi geridə qoydu

PSJ Fransa Liqa 1-in 12-ci turu çərçivəsində “Bordo” ilə 2:2 hesablı bərabərliyə razılaşıb.

Komanda.az xəbər verir ki, bu oyun Paris klubunun hücumçusu Neymar üçün əlamətdar olub. Komandasının ilk qolunu vuran braziliyalı futbolçu Liqa 1-də vurduğu qolların sayını 50-yə çatdırıb. O, 50 qolu 58 oyunda vurmağı bacarıb. Hücumçu PSJ-nin heyətində 50 qol həddinə ən tez çatan futbolçu olub. O, bu göstəricidə komandanın keçmiş futbolçusu Zlatan İbrahimoviçi geridə qoyub. İsveçli futbolçu 50 qolu 59 oyunda vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button