Neymar milli haqda: “Qərarı məşqçilər heyəti verməlidir”

Hazırda Braziliyanın “Santos” klubunda çıxış edən Neymar yenidən milli komandaya dəvət olunmaq ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu həmişə ünsiyyətə açıq olduğunu bildirib:

“Hamı mənim üslubumu yaxşı tanıyır. Həmişə ünsiyyətə açığam. Qərarı isə məşqçilər heyəti verməlidir”.

Neymar sonuncu dəfə Braziliya millisində 2023-cü ilin payızında meydana çıxıb. Komanda həmin qarşılaşmada Uruqvay yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.

Hazırda Braziliya yığmasında baş məşqçi vəzifəsini italiyalı mütəxəssis Karlo Ançelotti icra edir. Onun komandasını sentyabrda DÇ-2026-nın seçmə mərhələsində Boliviya və Çili yığmalarına qarşı oyunlar gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button