Neymar geri döndü
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı futbolçusu Neymar məşqləra başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
Neymar komanda ilə birlikdə topla işləməsi ilə bağlı fotolar paylaşıb və meydana qayıtdığı üçün şad olduğunu yazıb.
“Əl-Hilal”ın heyətində cəmi 5 oyunda meydana çıxan 32 yaşlı futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və artıq 11 aydan çoxdur ki, futbol oynamır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin