“Neymar dedi ki, “millidən ayrıldığım zaman 10 nömrə sənin olacaq”
“Real”ın hücumçusu Rodriqo PSJ-nin və Braziliya millisinin futbolçusu Neymarın onu milli komandadakı varisi adlandırdığını açıqlayıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Rodriqo, Neymarla arasında olan söhbəti dilə gətirib:
“Neymar mənə dedi ki, “milli komandadan ayrıldığım zaman 10 nömrə sənin olacaq”. Ona nə deyəcəyimi belə, bilmirdim. Cavab verdim ki, millidə bir az daha oynamaq lazımdır, tələsməsin. Neymar isə güldü”.
Bundan əvvəl Neymarın bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra Braziliya millisindəki karyerasını başa vura biləcəyi barədə məlumat yayılmışdı.
Braziliya millisi G qrupunda Serbiya, İsveçrə və Kamerun milliləri ilə mübarizə aparacaq. DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin