Neymar: “Hər gün döyüşəcəm”
“Əl-Hilal”ın hücumçusu Neymar çarpaz diz bağından zədəsini sağaltmasından danışıb. O, 2023-cü ilin oktyabrından bəri meydana çıxmayıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında heç vaxt dayanmayacaq döyüşçü olduğunu bildirib:
“Bu zədədən sonra çətin günlər olur ki, hər şeydən əl çəkmək istəyirsən. Bütün bunlardan keçmək çətindir. Bununla belə, mən heç vaxt dayanmayacaq döyüşçüyəm. Hər gün döyüşəcəm”.
Neymarın “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. 32 yaşlı forvard Səudiyyə Ərəbistanı klubunun heyətində cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin