“Dördüncü dəfə orada oynamaq istəyirəm” – Neymar
Neymar 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istədiyini etiraf edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxıç edən braziliyalı vinger dördüncü dəfə orada oynamaq istədiyini bildirib:
“Şübhə yoxdur ki, dünya çempionatı hər bir futbolçunun hədəfidir. Mən üç dəfə bu turnirdə iştirak etmişəm, amma dördüncü dəfə orada oynamaq istəyirəm. Bütün diqqətimi məqsədimə yönəltməli və dünya çempionatına yaxşı formada yaxınlaşmalıyam”.
Növbəti dünya çempionatı eyni vaxtda üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.
32 yaşlı Neymar Braziliya millisində 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin