Neymar: “Santos”da oğlandan kişiyə çevrildim”

Braziliyalı futbolçu Neymar “Santos”la əməkdaşlığını ilin sonuna qədər uzatdığını rəsmən açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu qərarının səbəbini belə izah edib:

“Qəlbimin səsinə qulaq asdım və qərar verdim. “Santos” mənim üçün sadəcə bir komanda deyil, bura mənim evimdir. Burada mən oğlandan kişiyə çevrildim. Həqiqətən, xoşbəxtəm. Futbolla bağlı arzularımı məhz bu klubda reallaşdırmağa davam etmək istəyirəm”.

Neymar son mövsümdə “Santos”un heyətində 12 oyuna çıxaraq, 3 qolla və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button