Qarnı ağrıdı, məşqə çıxmadı
“Əl-Hilal”ın hücumçusu Neymar səhhətində yaranan problemə görə komandanın son məşqini buraxıb.
Komanda.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun sosial şəbəkə hesabındakı paylaşımına görə, braziliyalı futbolçu qarın ağrısı səbəbindən məşqi buraxıb.
Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal”a keçib. Onun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. 32 yaşlı hücumçunun transfer dəyəri 16 milyon avro qiymətləndirilir. O, bu mövsüm 2 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin