Neymar birlikdə oynadığı ən çirkin futbolçunun adını açıqlayıb
“Barselona”nın və PSJ-nin sabiq hücumçusu Neymar eyni komandada oynadığı ən çirkin futbolçunun adını açıqlayıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, ən çirkin oyunçunun Braziliya millisindən komanda yoldaşı olan Vinisius Junior olduğunu bildirib:
“Ən çirkin kim idi? Bir çox futbolçu ilə oynamışam. Bu pis səslənəcək, amma Vinisius Junior deyəcəm. Vinni, mən səni sevirəm. Mən səni həmişəkindən daha çox sevirəm”.
Vinisius “Real”ın oyunçusudur. 23 yaşlı hücumçu La Liqanın son mövsümündə 26 matçda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə verib. O, 2023/24 mövsümündə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin