
Neymar üçün “Barselona” ilə danışıq aparılır
“Santos”un hücumçusu Neymar cari mövsümün sonunda yenidən “Barselona”nın formasını geyinə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun agentləri oyunçunun transferi ilə bağlı Kataloniya klubunun rəhbərliyi ilə fəal danışıqlar aparır. Keçid çox güman ki, gələn yay baş tuta bilər.
Neymar iki səbəbdən “Barselona”ya keçmək istəyir. O, kataloniyalıların heyətində oynayarkən 2026-cı il dünya çempionatına yaxşı hazırlaşa biləcəyinə inanır. Bundan əlavə, yenilənmiş İspaniya klubunda oynamaq onun üçün maraqlıdır.
33 yaşlı hücumçu əvvəllər “Barselona”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin