“İnsanlar Neymara kimisə öldürübmüş kimi davranırlar”
“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, Neymarın PSJ üçün vacibliyindən danışıb:
“Düşünürəm ki, onu sevməyən çox insan var. Problem budur ki, doğruları deyəndə, sənə nifrət edirlər. Yalan danışanda isə səni sevirlər. İnsanlar Neymara kimisə öldürübmüş kimi davranırlar. Onunla tez-tez danışıram. İnsanlar onun üçün, oyunu üçün darıxırlar. Bir futbolçu sevildiyini hiss etməlidir. Mənfi sözləri çox eşitdikdə, ayrılmaq qərarına gəlirsən. Amma Neymar PSJ üçün çox şey edən yaxşı bir insandır. O, oyunlarda iştirak edə bilməyəndə, parislilər Çempionlar Liqasında irəliləyə bilmədilər. Onun ayrılması PSJ üçün vacib problem olacaq. Onu saxlaya biləcəklərini deyə bilmərəm, amma bu baş verməsə, onlar mükəmməl futbolçunu itirəcəklər. Daha sonra Neymar “Barselona”ya qayıdacaq və həmişəki fubolçu olacaq”.
PSJ-də xoşbəxt olmadığını bildirən Neymarın “Barselona”ya transfer olunacağı deyilir.
Bizi Facebook-da izləyin